Paytaxtda iki bacı dəm qazından boğularaq öldü
Hadisə
Bakıda iki bacı dəm qazından boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə gecə saatlarında Qaradağ rayonunda baş verib.
Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır. (Apa)