Bakıda "Jiquli" betona çırpıldı, ölən var
Hadisə
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
News24.az apa-ya istinadla xəbər verir ki, avtoqəza Maştağa qəsəbəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Ələsgərov Nicat Cabir oğlu idarəetməsində olan “VAZ” markalı nəqliyyat vasitəsini betona çırpıb.
Qəza zamanı o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.