Bakıda jurnalist anasının məzarı başında öldü - FOTO

Bakıda jurnalist anasının məzarı başında öldü - FOTO Hadisə

Jurnalist Əli Fərəcov vəfat edib.

News24.az Report-a istinadən xəbər verir ki, mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən məzarı başında tapılıb.

Məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatımın ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.

Qeyd edək ki, mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.


Bakıda jurnalist anasının məzarı başında öldü - FOTO