Bakıda kirayədə yaşayan iki nəfər dəm qazından zəhərləndi - Ölən var

Bakıda kirayədə yaşayan iki nəfər dəm qazından zəhərləndi - Ölən var Hadisə

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərlənib.

Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyevin isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.