Bakıda kran sürücüsü faciəli şəkildə öldü
Hadisə
Bakıda kran sürücüsü faciəli şəkildə ölüb.
News24.az "Unikal"a istinadla bildirir ki, hadisə yanvarın 25-i saat 08 radələrində Hidayətzadə küçəsi 7-də yerləşən “Luxe Home” şirkətinə məxsus yeni inşa edilən binada baş verib.
Belə ki, kran sürücüsü Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Alim Qəhrəman oğlu Ağayev krandan yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.