Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlandı

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlandı Hadisə

Ötən gün "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş tərəfindən ov tüfəngi ilə vurulan riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Bu barədə News24.az - ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

"1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".