Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanıldı
Hadisə
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir