Məhkəmə sədrinin oğlunun törətdiyi cinayətin təfərrüatları məlum oldu – Yeniləndi
Hadisə
Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli ailə faciəsi yaşanıb.
News24.az xəbər verir ki, Ağ Şəhərdə yerləşən binada baş vermiş ailə faciəsi ilə bağlı "Unikal" bəzi maraqlı faktlar əldə edib.
Belə ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu hadisəni uşağının gözü qarşısında törədib. Əldə etdiyimiz məlumata görə, o, arvadına 20 bıçaq zərbəsi vurub. O hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq in*ihar edib.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.
**
Bakıda dəhşətli ailə faciəsi yaşanıb.
News24.az xəbər verir ki, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü bin*dan atıb.
Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.
Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb. (Teleqraf)