Bakıda moped divara çırpıldı, sürücü öldü
Hadisə
Bakıda moped divara çırpılıb, sürücü ölüb.
News24.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Hüseyn Mayılov idarə etdiyi “Champ” markalı moped ilə hərəkətdə olarkən divara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. // APA