Bakıda motosikletlə avtomobil toqquşub, - xəsarət alan var
Hadisə
Bakıda motosikletlə avtomobil toqquşub.
News24.az xəbər verir ki, hadisə A.Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində olub.
Hadisə zamanı motosikletin sürücüsü 1991-ci il təvəllüdlü Quliyev Orxan Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona bud-baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Məlumata görə, avtomobilin sürücüsü hadisə yerindən qaçıb.