"İşdən götürüb ki, harasa getməliyik, sonra da öldürüb" - Amansız qətlin təfərrüatları - Yeniləndi

"İşdən götürüb ki, harasa getməliyik, sonra da öldürüb" - Amansız qətlin təfərrüatları - Yeniləndi Hadisə

Yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan News24.az-a bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Qətli törətməkdə şübhəli bilinən E.Ağayevin H.Ağayevanın oğlu olduğu bildirilir.

10:14


Xəbərə video əlavə olunub.