Bakıda parkda yıxılan 14 yaşlı oğlan öldü

Bakıda parkda yıxılan 14 yaşlı oğlan öldü Hadisə

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində ölümlə nəticələnən hadisə baş verib.

News24.az xəbər verir ki, noyabrın 18-i saat 19 radələrində qəsəbədə yerləşən parkda 2011-ci il təvəllüdlü Qəhrəman Tural oğlu Əlişanlı huşunu itirərək yıxılıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Yeniyetmənin yıxılma və ölüm səbəbi hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)