Bakıda qeyri-yaşayış sahəsinin söküntüsü zamanı - MƏNZİLLƏR DAĞIDILDI
Hadisə
Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 38 saylı ünvanda vətəndaşların mənzillərinə bitişik hissədə qanunsuz olaraq qeyri-yaşayış sahəsinin sökülməsi zamanı sakinlərin mənzilləri zərər görərək qəzalı vəziyyətə düşüb.
News24.az xəbər verir ki, bu barədə vəkil Vamiq Şükürov məlumat verib.
Vəkilin sözlərinə görə, problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, müraciətləri cavabsız qalıb.