Bakıda qəza: Rusiya vətəndaşı öldü

Bakıda qəza: Rusiya vətəndaşı öldü Hadisə

Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

News24.az xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.