Bakıda restoranda partlayış - ölən var
Hadisə
Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisindəki restoranlardan birində partlayış olub.
News24.az-ın əldə etdiyi məlumata görə, partlayış qəsəbədəki “La Villa” restoranının mətbəxində qeydə alınıb.
Nəticədə orada çalışan Məlahət Cəfərova ağır xəsarətlər alıb.
O xəstəxanaya çatdırılsa da, vəfat edib.
Yaşar Araz