Bakıda restoranda yanğın oldu

Bakıda restoranda yanğın oldu Hadisə

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb.

News24.az xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilib. Qeyd edilib ki, restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.