Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi - – FOTO

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi - – FOTO Hadisə

Bu gün səhər “Yasamal” Yaşayış Kompleksinin (MİDA) bir neçə sakini burada yerləşən 9 saylı müntəzəm marşrut xəttinin sonuncu dayanacağındakı dispetçer məntəqəsinə yaxınlaşaraq sürücülərə tort hədiyyə ediblər.

News24.az xəbər verir ki, bu barədə məlumatı “Xaliq Faiqoğlu” şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rza sosial şəbəkə hesabında paylaşıb.

O qeyd edib ki, sərnişinlər göstərilən xidmətə görə təşəkkür ediblər və onların bu addımı çox xoş qarşılanıb.

Qeyd edək ki, 9 saylı müntəzəm marşrut xətti (MİDA – “İnşaatçılar” mt/s – “20 Yanvar” mt/s – “Memar Əcəmi” mt/s – Ayna Sultanova heykəli – “Nəriman Nərimanov” mt/s)  2022-ci ildən fəaliyyət göstərir. Xətt üzrə 12 avtobus 10 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.


Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi - – FOTO