Bakıda sərnişinləri avtobusda qoyub taksi ilə gedən sürücü ilə bağlı - QƏRAR - VİDEO
Hadisə
5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb. Sonra sürücü avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.
News24.az xəbər verir ki, sözügedən sürücü bu gün işindən azad edilib.
Bu barədə “BakuBus”ın sözçüsü məlumat verib. Məlumatda deyilir:
"Ötən gün baş verən hadisə üzrə daxili araşdırmanın yekunlaşdığını diqqətinizə çatdırır və nəticələrini sizinlə bölüşürük. Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilmişdir. Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq".
Qumral