Bakıda sürücü 16 bıçaq zərbəsi ilə - ÖLDÜRÜLDÜ

Bakıda sürücü 16 bıçaq zərbəsi ilə - ÖLDÜRÜLDÜ Hadisə
Bakıda qətl törədilib.

Hadisə paytaxt ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Özünə məxsus yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Əziz Qurban oğlu 16 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin kimin və ya kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil. /Apa/