Bakıda tanınmış restoranda gənc oğlanı bıçaqlayan şəxsə - HÖKM OXUNDU
Hadisə
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda məşhur restoranda gənc oğlanı bıçaqlıamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P. Slamanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o məhkəmə zalından həbs olunub.
İttihama görə, Binəqədi rayonu Binəqədi şossesində yerləşən "White Palace" restoranında spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğlunu bıçaqlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salmanov Polad Vüqar oğlu saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.
Samir Əli