Bakıda ticarət mərkəzindən görün nə oğurladılar

Bakıda ticarət mərkəzindən görün nə oğurladılar Hadisə

Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkcənin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Əliyev müəyyən olunaraq saxlanılıb.