Bakıda tullantı sahəsində yanğın
Hadisə
Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.