Bakıda xanım müştəriləri söyən usta həbs edildi

Bakıda xanım müştəriləri söyən usta həbs edildi Hadisə

Bakının Nərimanov rayonunda müştəriləri nalayiq ifadələrlə təhqir edən S. Əmirov (ad soyad şərtidir) həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, 40 S.Əmirov A.Heydərli və N.Əliyeva adlı 2 qadının birgə şikayəti əsasında tutulub.

Belə ki, qadınlar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək həmin şəxsin onları qeyri-etik ifadələrlə təhqir etdiyini deyib. Məlum olub usta kimi çalışan şəxs şikayətçi qadınlardan 1300 manat pul alıb və onların evinin pəncərələrinin dəyişdirəcəyini deyib.

Lakin uzun müddət keçsə də o, sifarişi təhvil verməyib. Bundan sonra tərəflər arasında narazılıq yaranıb.

Polis əməkdaşları tərəfindən saxlanılan usta S.Əmirov bildirib ki, İ.Heydərlinin sifarişindən xırda-para işləri qalıb ki, onu da bir neçə günə başa şatdıracaq. Sifarişçi ilə iş saatları uyğun gəlmədiyi üçün işi təhvil verə bilməyib. Bu səbədən də qarşı tərəf şikayətçi olub. Digər qadının sifariş verdiyi və ödəniş etdiyi işləri isə başa çatdıra bilməyib.

Məhkəmənin müvafiq qərarı ilə xanım müştəriləri təhqir edən usta 8 sutka müddətində inzibati həbs edilib.