"Hamınızdan balalarımız üçün dua istəyirəm"- Yanan körpələrdən - XƏBƏR VAR

"Hamınızdan balalarımız üçün dua istəyirəm"- Yanan körpələrdən - XƏBƏR VAR Hadisə
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin 2 üzvü ölüb, 5-i yaralanmışdı.

News24.az-ın  əldə etdiyi məlumata görə, Bakıda evin yanması nəticəsində xəsarət alan ailənin daha bir üzvü, körpələrin babası, 70 yaşlı Abbasov Qafar Qəni oğlu da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. O, yanğında ölən nəvələrinin yanında dəfn olunub.

Redaksiyamız ailənin yaxın qohumu Səyyarə Şirməmmədova ilə əlaqə saxlayıb. Ailənin yaxın qohumu bildirib ki, körpələr və anası hazırda reanimasiyadadır:" Körpələr də, anası da hazırda reanimasiyadadır. Vəziyyətlərində ciddi dəyişiklik yoxdur. Həkimlər əlindən gələni edir. Artıq 8 gündür ki, reanimasiyadadırlar. Uşaqların atası isə palataya köçürülüb. Əlimizdən gələn ancaq dua eləməkdir. Hamıdan bircə istəyim var, balalarım üçün dua eləsinlər..."

Qeyd edək ki, məlum hadisə iyunun 29-da Bakının Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində əkiz körpələr ölüb, ailənin 5 üzvü isə yaralanıb.

"Hamınızdan balalarımız üçün dua istəyirəm"- Yanan körpələrdən - XƏBƏR VAR