Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ - VİDEO - FOTOLAR

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ - VİDEO - FOTOLAR Hadisə

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "News24.az"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

11:41


Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

News24.az-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, yanğın nəticəsində 13 nəfər təxliyə olunub.

İlkin məlumata görə, yanğın şaxtadakı borularda olan qısaqapanma səbəbindən baş verib.

Xanım Cavanşirqızı


FHN-nin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ - VİDEO - FOTOLAR Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ - VİDEO - FOTOLAR Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ - VİDEO - FOTOLAR Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ - VİDEO - FOTOLAR