Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO

Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan ikiotaqlı mənzilin mətbəxi 8kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.