Bakıda yaşayış binasında yanğın başladı - Video - Fotolar - Yeniləndi

Bakıda yaşayış binasında yanğın başladı - Video - Fotolar - Yeniləndi Hadisə

Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında yanğın olub.

News24.az-ın əldə etdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin və Daxili işlər nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının digər evlərə keçməsinin və genişlənməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, həmin tikili keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxana olub.

15:46


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

News24.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

Vüqar Cəfərov

Bakıda yaşayış binasında yanğın başladı - Video - Fotolar - Yeniləndi Bakıda yaşayış binasında yanğın başladı - Video - Fotolar - Yeniləndi Bakıda yaşayış binasında yanğın başladı - Video - Fotolar - Yeniləndi