Bakıda yaşayış evində yanğın - VİDEO - Yeniləndi

Bakıda yaşayış evində yanğın - VİDEO - Yeniləndi Hadisə

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən yaşayış evində yanğın başlayıb.

News24.az xəbər verir ki, məlumat daxil olan kimi hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğın davam edir. Əlavə məlumat veriləcək.


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Bu barədə News24.az -a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə News24.az -a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.