Bakıda yataqxanada yanğın - 1 NƏFƏR XİLAS EDİLDİ

Bakıda yataqxanada yanğın - 1 NƏFƏR XİLAS EDİLDİ Hadisə
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otaqda 2 m² sahədə yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib.

 Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;