Bakıda yeniyetməni motosiklet vurub

Bakıda yeniyetməni motosiklet vurub Hadisə


Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

News24.az "Report"-a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Ömər Ramin oğlu İsmayılov yolu keçərkən motosiklet onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona əng sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.