Bakının mərkəzində otel qarət olundu

Bakının mərkəzində otel qarət olundu Hadisə

Bakıda oteldən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində yerləşən otellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.