“BakuBus” avtobusunda tüstülənmə oldu - Video

“BakuBus” avtobusunda tüstülənmə oldu - Video Hadisə

Bakının Yasamal rayonu, “Statistika dairəsi”nin yaxınlığında “BakuBus” avtobusunda tüstülənmə olub.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Dayanacaqda qəfil tüstülənən avtobusu sürücü və sərnişinlər tərk ediblər.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-dən bildirilib ki, hadisə avtobusun mühərrikində yaranan nasazlıq səbəbindən baş verib: “BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.

Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Bildiririk ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “BakuBus” MMC-nin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu istiqamətdə bütün zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”. // Qafqazinfo