Balakəndə 3 otaqlı evdə - YANĞIN

Balakəndə 3 otaqlı evdə - YANĞIN Hadisə
Balakən rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 57 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.