Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günlərində 31 nəfər zəhərlənib Hadisə

Bayram günləri ilə əlaqədar 20-30 mart tarixlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

News24.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.