Bayram günü qayınanasını bıçaqladı

Bayram günü qayınanasını bıçaqladı Hadisə
Goranboy rayonunda 25 yaşlı oğlan 39 yaşlı qayınanasını bıçaqlayıb.

News24.az xəbər verir ki, hadisə bu gün baş verib.

Tərtər rayon Düyərli kənd sakini, 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynov qısqanclıq zəminində qayınanası, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Leyla İsgəndərovanın bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib.

L.İsgəndərova xəstəxanaya yerləşdirilib. K.Hüseynov isə saxlanılıb, istintaq davam etdirilir.