Bayram günündə sərnişin avtobusu aşdı - 1 ölü, 26 yaralı

Bayram günündə sərnişin avtobusu aşdı - 1 ölü, 26 yaralı Hadisə

Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində sərnişin avtobusu ağır qəza törədib.

“News24.az” “Habertürk”ə istinadən xəbər verir ki, Adana-Konya yolunun Ereğli qəsəbəsindən keçən hissəsində iritutumlu markalı avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.