Bələdiyyə binasında yanğın oldu
Hadisə
Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 40 m² olan bələdiyyəyə məxsus birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.