Bərdədə meşə - YANIR

Bərdədə meşə - YANIR Hadisə
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bərdə rayonunun Cumalar kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.