Bərdədə ölümlə nəticələnən qəzanın görüntüləri - ANBAAN VİDEO

Bərdədə ölümlə nəticələnən qəzanın görüntüləri - ANBAAN VİDEO Hadisə

Bərdə rayonunun Cəyirli kəndi ərazisində martın 11-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az day.az-a istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

VAZ-2106 markalı avtomobillə evakuator toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib.

Hadisəyə səbəb minik avtomobilinin dönmə edərkən evakuatorun qarşısına çıxması olub.

Sözügedən görüntüləri təqdim edirik: