Bərdədə yük maşını ilə minik avtomobili toqquşdu - ölən var
Hadisə
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ-2106” markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.