Gəncədə 5 yaşlı uşaq qıcolmadan öldü - Yeniləndi

 Gəncədə 5 yaşlı uşaq qıcolmadan öldü - Yeniləndi Hadisə

Yanvarın 27-də saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

***

Gəncədə 5 yaşlı uşaq vəfat edib.

News24.az xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini 2021-ci il təvəllüdlü R. Ellazalıyeva qıcolmadan ölüb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)