Beyləqanda ağır qəza - YARALI VAR
Hadisə
Beyləqan rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, yol qəzası rayonun Dünyamalılar kənd ərazisində qeydə alınıb.
Hadisə zamanı 2 "VAZ-2107" və 1 "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 1 sərnişin xəsarət alıb, o, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 1990-cı il təvəllüdlü şəxsə alın nahiyyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin kəsilmiş açıq yarası və sol dizin sıyrılmış yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Unikal)