Beyləqanda da yanğın: meşə massivinə yayıldı – YENİLƏNDİ

Beyləqanda da yanğın: meşə massivinə yayıldı – YENİLƏNDİ Hadisə

Beyləqanda baş verən yanğın bir neçə yaşayış məntəqəsində internet xəttinin kəsilməsinə səbəb olub.

News24.az xəbər verir ki, drenaj kanallarının ətrafındakı kolluğun od tutması nəticəsində ərazidən keçən rabitə xətti sıradan çıxıb.

Bu isə bir neçə kəndə internetin verilişində fasilənin yaranmasına səbəb olub. (APA)

**

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.