Biləsuvarda iki gənc bıçaqlandı
Hadisə
Biləsuvarda iki gənc bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Biləsuvar şəhər sakini 2003-ci il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-ci il təvəllüdlü Tərlan Niyamədddin oğlu Şahbazov bıçaqlanıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır. // Unikal