Bilgəhdə 24 yaşlı oğlanın meyiti tapıldı

Bilgəhdə 24 yaşlı oğlanın meyiti tapıldı Hadisə

Bakının Sabunçu rayonunda 24 yaşlı oğlanın meyiti tapılıb.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh bağlarında baş verib. Oradakı evlərdən birində qəsəbə sakini 2002-ci il təvəllüdlü Samir Fikrət oğlu Hüseynovun meyiti aşkar edilib.

Onun ölüm səbəbinin müəyyənləşməsi istiqamətində prokurorluq tərəfindən araşdırma aparılır.

Yaşar Araz