Binada qaz balonu partladı - FOTOlar
Hadisə
Türkiyədə iddialara görə, mağazanın anbarı kimi istifadə edilən 5 mərtəbəli binanın sonuncu mərtəbəsində kiçik qaz balonunun partlaması nəticəsində yanğın baş verib.
News24.az xəbər verir ki, yanğın qısa müddətdə böyüyüb və partlayışlar da baş verib.
Xəbər verildikdən sonra əraziyə polis, səhiyyə və çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.
Polis qrupları vətəndaşların sıx olduğu prospekti piyada və nəqliyyat vasitələrinin hərəkətinə bağlayıb.
Baş vermiş yanğın yanğınsöndürmə briqadalarının gərgin işi nəticəsində söndürülərək nəzarətə götürülüb.
Böyük maddi ziyanın baş verdiyi bina havadan görüntülənib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə