"Binə" ticarət mərkəzində faciə - ÖLƏN VAR

"Binə" ticarət mərkəzində faciə - ÖLƏN VAR Hadisə

Fevralın 19-u günorta saatlarında Bakıda hoteldən meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki “Atabala” adlı hoteldə qeydə alınıb.

Lənkəran rayon sakini 59 yaşlı Vaqif Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyiti hoteldə qan içində tapılıb.

Qaradağ rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Yaşar Araz