Binəqədidə avtomobil yandı
Hadisə
Bakı şəhərinin Binəqədi rayonunda “Ford” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.