SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi

SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi Hadisə

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə News24.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.


Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat xidmətindən News24.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Əlavə məlumat veriləcək.


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə News24.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi SON DƏQİQƏ: Binəqədidəki anbar yanğını məhdudlaşdırıldı - Yeniləndi