Binəqədidəki dəhşətli hadisənin TƏFƏRRÜATLARI - YENİLƏNDİ

Binəqədidəki dəhşətli hadisənin TƏFƏRRÜATLARI - YENİLƏNDİ Hadisə

Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu saatlarda Binəqədi rayonunun "Baksol yolu" adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. 

Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.

Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.
 
Onların iki övladları olub, ikisi də hadisə zamanı işdə olub. Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.(oxuaz)

15:02



Bakının Binəqədi rayonunda kişi arvadını qətlə yetirdikdən sonra evi yandırıraq özünə qəsd edib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş prokurorluq birgə məlumat yayıb.

Bildirilib ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş "BMW" markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə özünə qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.